Nikolay Noskovun Orenburqda baş tutmalı olan çıxışı ləğv edilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Orenburg.media” yayıb.

Qeyd edək ki, konsert noyabrın 5-də axşam keçirilməli idi, lakin “Qorki Parkı” qrupunun keçmiş aparıcı müğənnisinin səhhəti ilə əlaqədar ləğv edilməli olub.

Təşkilatçılar bildiriblər ki, biletlərin pulunu 13-dən sonra qaytarmaq mümkün olacaq, lakin hələlik heç bir məlumat yoxdur, ola bilsin, tədbir sadəcə təxirə salınacaq.

Xatırladaq ki, 2017 və 2018-ci illərdə iki insult keçirməsinə baxmayaraq, keçən il Nikolay Noskov “Qorki Parkı” qrupunun yeni tərkibinin təqdimatında çıxış edib.

O, həmçinin daha bir "Diz çökmə" mahnısını təqdim etdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə