Metyu Perri kinostudiyanın yaxınlığında dəfn edilib

ABŞ-da öz evində ölü tapılan məşhur amerikalı aktyor Metyu Perri üçün dəfn mərasimi keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, 54 yaşlı sənətçinin cənazəsi noyabrın 3-ü cümə günü Los-Ancelesdə əfsanəvi “Dostlar” serialının çəkildiyi Warner Brothers studiyasından cəmi bir yarım kilometr aralıda yerləşən Forest Lawn qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, vaxtilə Elizabet Taylor və Maykl Cekson kimi ulduzlar da orada dəfn olunublar.

“People” jurnalı əlavə edir ki, dəfn mərasimində aktyorun qohumları və serialdakı beş həmkarı David Şvimmer, Matt Leblan, Cennifer Eniston, Courtni Koks və Lisa Kudroy da daxil olmaqla 20-yə yaxın adam iştirak edib.

Qeyd edək ki, Metyu Perrinin narkotik və alkoqol asılılığı ilə mübarizə apardığı bildirilirdi.

Xatırladaq ki, oktyabrın 29-da Perri Los-Ancelesdəki evində cakuzidə ölü tapılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə