Müğənni Alla Puqaçovanın köməkçisi Yelena Çuprakova sənətçinin Rusiyaya qayıtması ilə bağlı mediada yazılanlara cavab verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Paragraph” portalı yazır.
Bundan əvvəl Rusiya nəşrlərində Puqaçovanın Pskov vilayətindəki sərhəd-keçid məntəqəsində göründüyü barədə materiallar yayılıb.
Portalın jurnalistləri köməkçidən müğənninin qayıdışı ilə bağlı yayılan xəbərləri təsdiq və ya təkzib etməyi xahiş ediblər.
"Heç bir fikrim yoxdur"-deyə Yelena Çuprakova bildirib.
Xatırladaq ki, Alla Puqaçova ailəsi ilə birlikdə 2022-ci ilin yazında İsrailə gedib. Müğənni zaman-zaman ölkəni tərk edib - bir neçə günlük Rusiyaya qayıdıb, sonra yenidən gedib, Baltikyanı ölkələrdə dincəlib, Kiprə səfər edib (...deyirəm, bu qədər yol pulunu haradan tapır görəsən? Bizimkilər metroda gediş haqqı artırılacaq deyə, indidən...lənət sənə kor çeytan, deyəsən, bu artıq bizlik deyil-A.B).
Deyirəm, “camaat(?) yaşayır də, özü üçün. Bunlar da burada Alla Borisovna üşün “əl-ayağa” düşüblər?..
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB