66 yaşında yenidən ailə qurmaq arzusunda olan məşhur türk şoumen Mehmet Ali Erbilin gənc sevgilisinin maddi tələblərindən bezdiyi xəbəri gündəmi zəbt edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Erbilin özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylan isə bir neçə gün öncə ayrıldıqları barədə xəbəri sosial media hesabında açıqlayıb.
Erbil isə ayrılıq barədə “Onun istəkləri sonsuz idi. Ev, maşın, brilyant istəyirdi. Onda mənim kredit kartım var idi. O, gedəndə 180 min lirə dəyərində üzüyü də apardı. Həmişə “Mən şərəfli qadınam, heç kimdən heç nə almıram” desə də, gedəndə üzüyü istədim, vermədi. Hər şeyi yığıb getdi..." - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB