Dünya şöhrətli aktrisa Ancelina Coli İsrailin Qəzzadakı Əl-Cəbəliyə qaçqın düşərgəsini bombalaması haqqında danışıb. SİA xarici mediaya istinadən xəbər verir ki, o hücuma görə İsraili günahlandırıb: "Qəzza təxminən iyirmi ildir açıq hava həbsxanasıdır və sürətlə kütləvi məzarlığa çevrilir. Bu, qaçmağa yeri olmayan qapalı bir əhalinin qəsdən bombalanmasıdır".
Aktrisa dünya liderlərini də qınayıb: "Dünya liderləri humanitar atəşkəs tələbini rədd edərək və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla bu cinayətlərə şərik olurlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB