Türkiyənin tanınmış aktyoru Burak Özçivit Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo ilə görüşüb. SİA-nın məlumatına görə, bu barədə Özçivit özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, Səudiyyə Ərəbistanına getdiyini və Ronalduno görmədən qayıtmaq istəmədiyini bildirib.
Burak Özçivit dünya şöhrətli futbolçu ilə paylaşımına “Böyük fanatıyam” yazıb. Onların fotoları sosial şəbəkədə böyük marağa səbəb olub, minlərlə bəyənmə və şərh toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB