Məşhur rus aktyoru Anton Batırev və sevgilisi Anna Savelyeva nikahlarını rəsmiləşdiriblər. Sosial şəbəkələrdə xoşbəxt cütlüyün fotoları yayılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Batırev və Savelyeva artıq üç il idi ki, münasibətdə idilər.

Aktyor bütün həyatını birlikdə keçirməyə hazır olduğu qadın tapdığını etiraf edib. Xatırladaq ki, bundan əvvəl aktyor üç dəfə qeydiyyat şöbəsinə gedib və ikinci evliliyindən bir oğlu da var.

Batırevin üçüncü həyat yoldaşı aktrisa Evgeniya Loza olub. Boşandıqdan sonra Anna Savelyeva ilə münasibət başlayıb.

Aktyorun sözlərinə görə, hər şey küçədə təsadüfi görüşlə başlayıb. Əvvəlcə vəziyyət onu çaşdırıb. Qız ondan 15 yaş kiçik olub axı.

Amma hər şey yoluna düşüb..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə