“Yüzlərlə ölüm təhdidləri aldım, telefon nömrəm oğurlandı” - Model

Xarici model Bella Hadid Fələstin-İsrail arasındakı müharibəyə ilk dəfə münasibət bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, model bu barədə "İnstaqram" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bunları deyib: "Dünyanın diqqətini hazırkı vəziyyətə bir daha yönəldən bu çətin və dəhşətli, onilliklər boyu günahsız insanların həyatına son qoyan, ailələri məhv edən son iki həftəni təsvir etmək üçün hələ düzgün söz tapa bilməmişəm. Deyəcəklərim çoxdur, amma bu gün qısaca danışacağam".

Bella bildirib ki, ailəsi təhdidlərlə üzləşib, lakin bu, onun fikrini açıq şəkildə ifadə etməyə mane ola bilməz: "Hər gün yüzlərlə ölüm təhdidləri aldım, telefon nömrəm oğurlandı, ailəm təhlükədə olduqlarını hiss etdi. Amma mən artıq susa bilmirəm. Qorxu həll yolu deyil. Fələstin xalqı və uşaqları, xüsusilə də Qəzza zolağında susmağımıza dözə bilməz. Ölkənin tarixindən asılı olmayaraq, harada olurlarsa-olsunlar, istənilən dinc sakinlərə qarşı terror hücumlarını pisləyirəm. Qadınlara və uşaqlara zərər verməklə ,terrorla azad Fələstin hərəkatına heç bir fayda vermək mümkün deyil".

Bella Hadid oktyabrın 7-də HƏMAS hücumundan sonra ağrı ilə üzləşən israilli ailələr haqqında danışıb və onlar üçün matəm saxladığını deyib: "Ürəyimdə inanıram ki, heç bir uşaq, heç bir insan heç bir yerdə müvəqqəti və ya qeyri-müəyyən müddətə ailəsindən alınmamalıdır. Bu həm israillilərə, həm də fələstinlilərə aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə