Məşhur müğənni Cengiz Kurtoğlu aktyor Tolqa Yücenin ad günündə menecer Mustafa Can ilə əlbəyaxa olmuşdu. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, mübahisəyə səbəb təşkil edilən şənlikdə Kurtoğlunun Orhan Gencebay və bəzi sənətçilər haqqında təhqiredici ifadələr işlətməsi olub.
Tərəflərin davasından sonra Mustafa Can Kurtoğlunu polisə şikayət edib. Müğənniyə qarşı "Sadə yaralama” və "Təhqir” maddələri ilə 7 aydan 3 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılmışdı. Ötən gün baş tutan məhkəmədə tərflər iştirak etməyib, onları vəkillər təmsil edib. Məhkəmə Cengiz Kurtoğlunun "sadə yaralama” cinayətini törətdiyini müəyyən edib və onu 500 lirə (1500 manat ) məbləğində cərimələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB