"Yabancı damat" serialının qəhrəmanlarından biri olan aktyor İlker Aksum ata olacaq. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, iyun ayında Dilay Ekmekçioğlu ilə evlənən 52 yaşlı aktyor bu barədə özü jurnalistlərə açıqlamasında bildirib. Alışv-veriş mərkəzindən çıxarkən görüntülənən aktyor həyat yoldaşının 2 aylıq hamilə olduğunu deyib:
"Evlilik əla gedir. Dördüncü ayımızı başa vurduq. Hər kəsə evlənməyi tövsiyə edirəm. Mənim 52 yaşım var. Uşağımız olacaq. Həyat yoldaşım iki aylıq hamilədir. Gələn il həm filmlər, həm də seriallar var. Ortalığı dağıdacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB