Cennifer Lopez evini niyə satdı? - FOTOLAR

Məşhur xarici müğənni və aktrisa Cennifer Lopez evini satıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Bel Eyrdəki (Kaliforniya) malikanəsinin satışından 43 milyon dollar qazanmağı planlaşdırıb. Lakin ev 34 milyon dollara satılıb.

Doqquz yataq otağı, on üç vanna otağı olan ev bu ilin fevralında 43,6 milyon dollara satışa qoyulub. Bu daonu ərazidəki ən bahalı mülkə çevirib. Nəticədə daha sonra müğənni qiyməti aşağı salmalı olub.

Bununla yanaşı, Lopez 2016-cı ildə evi təxminən 28 milyon dollara aldığı üçün ziyan etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə