Hollivudun məşhur aktyorlarından olan Dueyn Consonun mum heykəli hazırlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Parisin "Qrevin Muzeyi"ndə "The Rock” ( "Qaya” red.) filmindəki rolu ilə məşhurlaşan və peşəkar güləş aləmində tanınan aktyorun bal mumu heykəlinin açılışı olub.
Bir çox məşhur simaların heykəllərinin sərgiləndiyi muzeyin yeni əsəri olan Dueyn Conson heykəli sosial mediada müzakirə mövzusuna çevrilib. Heykəl,dəri tonunun düzgün seçilməməsi və aktyora bənzəməməsi səbəbilə pərəstişkarlar tərəfindən bəyənilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB