Fanatının telefonunu yerə çırpan aktyor açıqlama yayıb - FOTO

Xəbər verdiyimiz kimi, aktyor Can Yaman İtaliyada olarkən onu çəkən fanatının telefonunu alaraq yerə çırpıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor bununla bağlı açıqlama yayıb. Çox sərt sözlər yazan məşhur həmin şəxsin fanatı olmadığını qeyd edib.

"Pərəstişkarlarımla çox yaxşı münasibətim var, o qədər yaxşıdır ki, hətta vaxtilə sizi narahat etdi, problem fanatım olmayan, fanat adı altında təcavüzkar tərbiyəsizlərlədir. Bilirəm, sevirsiniz nə baş verdiyini bilmədən mühakimə yürütməyi, qalmaqallı bir şey olanda ağzımıza gələni söyləmək üçün pusquda gözləməyi...

Aylarla burda etdiyim yüzlərlə xeyriyyə işlərindən, gözəlliklərdən xəbəri belə olmayanlar var ki, məni qınayırlar, bu məsələ burdakıları belə narahat etmədi, hamı məni müdafiə etdi, bəs orada sizinlə nə baş verir? Oradakı məsələlər və maqazinlər yetmədimi, mənə qədər dil uzadırsınız?

Öz problemlərinizlə maraqlanın və məni narahat etməyin, məni tanımırsınızsa və ya səhv başa düşürsünüzsə, məni sevməyin və məni izləməyin. Mənim haqqımda hər hansı duyğunuzun olmasına ehtiyac yoxdur. Öz işinizlə məşğul olun. Məni də türkcə paylaşmadığım üçün tənqid etdilər, alın, etdim. Bir-birimizi görməmək diləyi ilə...", - aktyor açıqlamasında qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə