Aktrisa Meril Strip həyat yoldaşı, heykəltəraş Don Qummerdən 6 ildən çoxdur ki, ayrılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aktrisanın nümayəndəsinə istinadən məlumat yayıb.
“Don və Meril altı ildən artıqdır ki, birlikdə deyillər. Onlar hər zaman bir-birlərinin qayğısına qalacaqlar, lakin hər biri öz həyatlarını yaşamağa qərar verib" - deyə açıqlamada qeyd edilib.
Bu xəbər çoxlarını şoka salıb. Çünki bir neçə gün öncə "Princesa de Asturias" mükafatlandırma mərasimində Meril barmağında nikah üzüyü ilə görüntülənib. Lakin o, sonuncu dəfə 2018-ci ildə həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxıb. Cütlük "Oskar" mərasimində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB