Qazmanov xaricdə “dondurulmuş” mülkləri üçün...təəssüflənmir..?
...Oleq Qazmanovun xaricdə mülkü var. SİA-nın əldə etdiyi məlumata görə, sənətçinin Latviya və İtaliyada mənzilləri var, lakin onun Avropa İttifaqı ölkələrinə daxil olması mümkün olmadığı üçün mülklər hələ də “donmuş vəziyyətdə”dirlər.
“...Mən özüm üçün qərar verdim ki, bunlar girov itkiləridir. Düşünmürəm ki, qaytarım, ya yox, donub qalıblar. Və bütün sanksiyaların sahibi olmağım məni çox sevindirir. Əgər dırnaq içərisində “Qərb tərəfdaşlarımız” təhlükə görsələr, deməli, mən ölkəmə faydalıyam”, - deyə Qazmanov gopa basıb.
Bundan əlavə o qeyd edib ki, sanksiyaların özü ona heç bir narahatlıq gətirmir. Onun yeni mahnılar üzərində işləməsinə, dinləyicilər qarşısında çıxış etməsinə mane olmurlar.
Qazmanovun dediyinə görə, guya onun xaricdəki mülklərini geri qaytarmaq üçün Rusiyanı tərk etmək arzusu yoxdur.
O, bildirib ki, guya onun üçün əsas olan ölkəsi üçün mahnılar yazmaq və Rusiya şəhərlərində çıxış etməkdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB