“Yüzyüzeyken Söyleuruz” və “Eskiz” qruplarının gitaristi Can Tunaboylunun sevgilisi Aybike Çelikə qarşı zorakılıq tətbiq etdiyi və onu günlərlə evə qapadığı iddia edilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə musiqiçinin sevgilisi sosial mediada məlumat yayıb. Gənc qadın göyərmiş üzünün fotolarını paylaşaraq Tunaboylunu məhkəməyə verdiyini bildirib.
"Dostlar, avqustun 3-nə keçən gecə keçmiş sevgilim tərəfindən şiddətlə döyüldüm. Evdə saxlanıldım. 13 gün ərzində qolu sınmış və gözü qara, emosional manipulyasiya ilə evdə saxlanıldım. Xəsarətlə bağlı arayış alaram deyə xəstəxanaya aparılmadım və adamın psixoloji zorakılığı evdə də davam etdi. Qolumdakı problem sadə tibbi müdaxilə ilə həll olunmadı, iş avtomatik açıldı, amma mənə işgəncə verən bu adamın heç nə etməmiş kimi həyatına davam etməsi məni əsəbiləşdirir. Sınıq qolumun və üzümün sağalmasını gözləyərək aylardır məhkəmə çəkişmələri ilə məşğul oluram və müalicəmi davam etdirirəm.
Paylaşacağım fotolar həmin şəxsin müxtəlif vaxtlarda mənə göstərdiyi zorakılıqdandır. Yaşadığım, bir dəfə olmuş hadisə deyildi, 6 ay sistemli zorakılığa məruz qaldım. İnsanın dəyişə biləcəyinə inanırdım. İlk zorakılıq oldu, ona görə də adamı terapiyaya göndərdim və bu münasibəti davam etdirdim. Avqustun 14-nə keçən gecə barda ondan qaçıb dostlarımın yanına getdim. Və yalnız 15 gündən sonra xəstəxanaya və polis bölməsinə gedə bildim. Bunlar onun mənə, üzümə və qoluma etdiyidir”, - Aybikə Çəlik qeyd edib.
Çelikin iddialarından sonra susqunluğunu pozan gitara ifaçısı Can Tunaboylu hadisə ilə bağlı açıqlama verib: "Dəyərli dinləyicilərim və izləyicilərim, belə bir hadisə ilə gündəmə gətirildiyimə görə çox üzgünəm. Təəssüflər olsun ki, çoxu həqiqətə uyğun olmayan ifadələrin yer aldığı bu bəyanat qarşısında məsələ artıq qarşılıqlı şəkildə məhkəməyə verilib, istintaqın məxfiliyinə xələl gətirməmək və təqsirsizlik prezumpsiyasına xələl gətirməmək üçün indiki susqunluğumu üzrlü hesab edin.
Ancaq bircə onu qeyd etmək istəyirəm ki, məhkəmə prosesi yekunlaşdıqda faktların deyilənlərdən çox fərqli olduğu bütün sübutlarla üzə çıxacaq və hörmətlə xatırlatmaq istəyirəm ki, böhtan atmaq da cinayətdir. Zorakılığa məruz qalmış qadınların haqlı mübarizəsindən sui-istifadə edən bir işin tərəflərindən biri olduğum üçün böyük kədər hissi keçirirəm.
Sonda nəzərinizə çatdırım ki, məhkəmə prosesi yekunlaşana və mənə qarşı atılan böhtanlar aydınlaşana qədər qrup yoldaşlarıma və bizimlə çalışan dəyərli komandaya zərər verməmək üçün bir müddət dincəlmək qərarına gəldim. Sosial refleksimizə hörmət edirəm və gündəmi bu şəkildə zəbt etdiyim üçün bir daha hamıdan üzr istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB