“Karyeram bitsə belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam” - BELLA HADİD

Məşhur Fələstin əsilli amerikalı model Bella Hadid İsrail-Fələstin münaqişəsi ilə bağlı səssizliyini pozub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, məsələ ilə bağlı açıqlamasında Fələstini dəstəklədiyini vurğulayıb.

"Karyeram bitsə belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam. Mən modellik işlərini itirməkdən qorxmuram və Fələstinlə bağlı danışmağa davam edəcəyəm" deyib.

Bellanın atası Məhəmməd Hadid isə İsrailin Baş naziri Benyamin Netanyahu yeni "Hitler" adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə