Maykl Keyn aktyorluqdan getdiyini AÇIQLADI

İngilis aktyor, prodüser və yazıçı Maykl Keyn aktyorluqdan getdiyini açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə BBC radiosuna verdiyi müsahibə zamanı bildirib.

"Mən dəfələrlə demişəm ki, təqaüdə çıxacağam. Yaxşı, indi gedirəm. İndi mənə ancaq nadir hallarda filmlərin baş qəhrəmanı olan “90 yaşlılar” rollarını təklif edirlər. 90 yaşlı əsas personajlar yoxdur, gənc və gözəl oğlanlar və qızlar var. Ona görə də mən fikirləşdim ki, getməliyəm", – o vurğulayıb.

Maykl Keyn 1960-cı illərdən 2000-ci illərə qədər hər on ildə bir Oskar mükafatına namizəd olan yeganə aktyordur. O, iki dəfə mükafata layiq görülüb.

Keynin filmoqrafiyasına "Alfie", "Game of Thrones", "Zulu", "The Italian Job", "Get Carter", "Razor", "Mona Lisa", "Inception və Christopher Nolanın Betman haqqında trilogiyası" kimi filmlər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə