Diana Arbeninanın Mari Eldəki konserti ləğv edilib

Yoşkar-Olada müğənni Diana Arbenina və onun “Gecə Snayperləri” rok qrupunun oktyabrın 18-nə planlaşdırılan, eləcə də qrupun 30 illik yubileyinə həsr olunmuş konserti ləğv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə müğənninin özü sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, konsertin ləğv edilməsinin səbəbləri açıqlanmır. Amma Arbenina bunu onun siyasi mövqeyi ilə bağlı ola biləcəyindən şübhələnir.

Maraqlıdır ki, oktyabrın 12-si axşam saatlarında konsert üçün artıq 300-ə yaxın bilet satılmışdı.

Arbenina tamaşaçılara müraciətində Mari El rəhbərliyinin təkidi ilə konsertin ləğv edildiyini bildirib. “Konsertin ləğvini öz ölkəsində yaşayan, vətənini, tamaşaçısını sevən və verdiyi sözlərə görə cavabdeh olan Rusiya Federasiyası vətəndaşına qarşı təxribat kimi qiymətləndirirəm və söz verdim ki, gələcəm”, - deyə müğənni bildirib.

...Oktyabrın 13-də səhər saatlarında Mari Elin mədəniyyət naziri Konstantin İvanov xəbərdarlıq edib ki, respublikanın paytaxtında “Gecə snayperləri” konserti baş tutmaya bilər.

O, bu barədə Mari El Dövlət Assambleyasının deputatı Gennadi Zubkovun Rusiyanın digər regionlarında “snayperlərin” turlarının artıq qadağan edildiyini bildirən müraciətindən sonra bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə