"Yalı çapkını" serialı ilə bağlı yeni iddia ortaya atılıb - FOTO
Afra Saraçoğlunun baş rolu oynadığı "Yalı çapkını" serialı ilə bağlı yeni iddia ortaya atılıb. SİA xəbər verir ki, Star TV-də yayımlanan sözügedən serialdakı Seyran obrazının əslində Safiye Soymanın prototipi olduğu irəli sürülüb.
Bəs bu iddia doğrudurmu? Bu iddiaların ortaya atılmasının səbəbi müğənni Safiye Sormanın da ailəsi tərəfindən zorla evləndirilməsidir. Safiye Soyman canlı yayımda azyaşlı olarkən gəlin olduğunu bildirib.
"13 yaşında ərə verildim. O serialdakı kimi. Bacımı istəməyə gələndə mənə yönəldilər. Bacımın nişanlı olduğunu eşidəndə dedilər ki, o zaman bacısını istəyək. Yaşımı böyütdülər, beləcə, evləndim. Atam hafiz idi. Deyirdi ki, “qız” deməkdənsə, “gəlin” desinlər”. Yaşımı böyütmək üçün getdikləri hakim dedi ki, “sən bu uşağa baxa bilmirsənsə, mən ona baxım”. Atam çox pis oldu, amma yalançı şahid tapıb məni evləndirdi”.
Lakin məlum olub ki, Seyran obrazının Safiye Soymanla heç bir əlaqəsi yoxdur. Serial Qaziantepdə doğulan gənc qızın həyatından bəhs edir. Safiye Soyman isə Boluda anadan olub və onun "Yalı Çapkını" serialındakı Seyran obrazı ilə heç bir əlaqəsi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə