Maksim Qalkin və Alla Puqaçova İsraildə qalırlar

Bu arada teleaparıcı Maksim Qalkin, həyat yoldaşı Alla Puqaçova və övladları ölkədə gedən döyüşlərə baxmayaraq İsraildə qalacaqlarını bildirib.

Şoumen, HƏMAS-ın hücumundan sonra ailəsi ilə birlikdə İsraildən “qaçması” ilə bağlı şayiələri təkzib etdiyi bir video yayımlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Qalkin qeyd edib ki, Rusiya qoşunları Ukraynanı işğal etdikdən sonra ailələri ilə birlikdə İsrail onların şüurlu seçimi olub.

...Biz uzun illərdir ki, Avropa İttifaqının vətəndaşıyıq, 27 gözəl ölkədən birində istənilən vaxt, problemsiz yaşaya bilərik. Amma biz bu ölkəni, İsraili seçdik, burada Alla və mən özümüzü sakit hiss edirik

Bunu deyən Qalkin, anası tərəfindən yəhudi olduğunu və bu çətin anda İsrail xalqına dəstək olmaq istədiyini qeyd edib.

Xatırladaq ki, Maksim Qalkin və Alla Puqaçova oğlu və kiçik qızı ilə Tel-Əvivdən 50 km aralıda yerləşən Qeysəriyyə şəhərində yaşayırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə