Konsertə baxmağa getmişdi, indi bomba sığınacağında gizlənir

Rusiyalı müğənni Natalya Çistyakova-İonova (Qlükoza) İsraildədir. Sənətçinin özü sosial şəbəkələrdə ölkədəki təlatümlü vəziyyətə görə uşaqları ilə birlikdə bomba sığınacağında gizlənmək məcburiyyətində qalır.

SİA-nın onun sözlərinə istinadən müğənninin Təl-Əvivdə olduğunu bildirir.

“...Biz otelin yaxınlığında yerləşirik. Bu yaxınlarda siren səsləndi və hamımızı aşağı saldılar. Hamımız aşağı düşdük, uşaqlar bir az qorxdular, amma ümumilikdə hər şey yaxşı idi. Bundan sonra nə olacağını bilmirəm”.

Müğənni bildirib bunu.

Qeyd edək ki, Qlükoza ailəsi Təl-Əvivə amerikalı müğənni Bruno Marsın konsertinə gedibmiş.

Təbii ki, bomba səsini eşidən amerikalı müğənni çoxdan aradan çıxıb.

Amma Federal Hava Nəqliyyatı Agentliyi uçuşlara məhdudiyyətlər tətbiq etdiyi üçün Qlükoza İsraili hələ ki, tərk edə bilməz.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə