Arnold Şvartsenegger "Cimmy Kimmel Live" şousunda zəhmli ata olmağından danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 76 yaşlı aktyor dörd övlad sahibidir. Ketrin, Kristina, Patrik və Kristofer - onun keçmiş həyat yoldaşı Mariya Şrayverdən dünyaya gəlib. Bundan başqa, onun xadimədən Cozef Baena adlı qeyri-qanuni oğlu da var.
"Düşünürəm ki, mən yumşaq idim. Amma Amerika standartlarına görə sərt idim", - Arnold deyib.
Şvartseneggerin sözlərinə görə, uşaqlarına kiçik yaşlarından müstəqil olmağı öyrədib: "Uşaqlara dedim ki, yataqlarını özləri səliqəyə salıb yığmalıdılar. Hamamı, tualetlərini özləri təmizləməli, paltarlarını özləri yumalıdırlar. Bir gün içəri girdim və çarpayı o qədər mükəmməl düzəldilmişdi ki, oğluma baxdım və dedim: “Patrik, bunu sən etmisən?” O dedi: “Xeyr, bacarmadım”. O, qapıları açıb döşəyi eyvandan hovuza atmışdı. Daha sonra Patrik yastığı və yorğanı yuxarı özü qaldırmalı oldu".
Oxşar hadisə iki dəfə ayaqqabılarını yerinə qoymayan qızı Ketrinlə də baş verib. Əsəbiləşən aktyor qızın ayaqqabılarını ocağın içinə atıb. "Uşaqlarımı belə böyütdüm" deyən aktyor sözlərinə əlavə edib.
Arnold Şvartsenegger ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı qızı Mariya Şrayverlə ilk tanışlıqlarından təxminən 9 il sonra, 1986-cı ildə evlənib. Onlar 2011-ci ildə ayrılsa da, boşanma prosesi rəsmi olaraq yalnız 2021-ci ildə başa çatıb.
Onların 25 illik evliliyi aktyorun evin xadiməsi Mildred Baenadan qeyri-qanuni oğlunun olduğu ortaya çıxandan sonra dağılıb. O, 2 oktyabr 1997-ci ildə Mariya Şrayverin dördüncü övladı Kristoferi dünyaya gətirdikdən bir neçə gün sonra anadan olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB