Amerikalı model Kandis Svanepoel "Tropic Of C" brendinin çimərlik geyiminin reklamında çəkilib. SİA xəbər verir ki, o bu barədə "TikTok"dakı şəxsi səhifəsində müvafiq video paylaşıb.
"Victoria's Secret"in 34 yaşlı modeli sözügedən brendin kampaniyasının çəkilişlərində iştirak edib və bunun üçün bikini xətti yaradıb. Məşhur 190 dollar dəyərində olan bənövşəyi çimərlik geyimində və çiçək naxışlı çoxrəngli şalvarda poza verib. Onun görünüşü qarın zinət əşyaları ilə tamamlanıb. Eyni zamanda modelin saçları alçaq topuzda toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB