Məşhur model taxtabitilərin hücumuna məruz qaldı - FOTOLAR

Məşhur model Adriana Lima Parisdə qaldığı oteldə problemlə üzləşib. SİA xəbər verir ki, bu barədə model özü instaqramda məlumat yayıb. Moda Həftəsində iştirak etmək üçün Parisə yollanan və lüks oteldə qalan "Victoria Secret"in modeli Adriana Limanı taxtabitilər dişləyib. Maşında makiyajsız fotosunu paylaşan model "İpucu verim, taxtabitilər" sözlərini yazıb.

Məlumat üçün bildirək ki, 2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransada taxtabitilər yayılmağa davam edir, artıq məktəblərdə də eyni problem müşahidə olunmağa başlayıb. Sena-Saint-Deni əyalətində 2 məktəbdə taxtabiti xəbərdarlığı elan edilib və dezinfeksiya işləri aparılıb. Müxalifət isə hökuməti problemlə ciddi şəkildə məşğul olmamaqda günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə