8 ayda 20 kq arıqlayan aktrisa Bergüzar Korelin yeniyetməlik görüntüləri yayılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, instaqramda yeniyetməlik illərində bacısı Zeynəb Korellə çəkilən kadrları paylaşan 41 yaşlı ulduzun bu fotoları izləyiciləri təəccübləndirib.
"Üzr istəyirəm, amma heç birimiz ponpon qız deyildik", - Bergüzar paylaşımında qeyd edib.
Qeyd edək ki, Bergüzar Korelin Amerikada yaşayan bacısı Zeynəb Korellə arasındakı gərginlik mediada böyük müzakirələrə səbəb olmuşdu. Zeynəb Korel həm aktrisanın, həm də anası Hülya Darcanın ünvanına kəskin sözlər demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB