"Bozbash"ın Ağsaqqalı ilə Şirini izləyicilərini sevindirdi

Atv kanalında yayımlanan "Bozbash pictures"in komediya layihəsində Ağsaqqal və Şirin obrazı ilə məşhurlaşan Nicat Rəhimovla Azər Baxşəliyev birlikdə veriliş aparacaqlar. SİA xəbər verir ki, tezliklə "Xəzər tv"də yayımlanacaq "Zarafat bir yana" adlı şounun rejissoru Emil Abdullayevdir. Bu barədə rejissor sosial mediada məlumat yayıb, həm də verilişin anonsunu paylaşıb.

Anonsda aktyorlar bildirib ki, verilişdə "Şirin" və "Ağsaqqal" obrazlarında olmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə