Türkiyəli müğənni Gökselin 2023-cü il iyulun 7-də keçirilən konsertinə gedən 33 yaşlı idman təlimatçısı Selin Gülün konsertdə baş tutan atəşfəşanlıq zamanı başından zədələnib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzadan sonra Selin Gülün sol qulağında yüzdə 65 eşitmə itkisi olduğu üzə çıxıb. Selin Gül məsələ ilə bağlı 400 min lirəlik mənəvi təzminat iddiası qaldırıb. Zərərçəkən bildirib ki, bu müddət ərzində nə təşkilatçı şirkətin sahibindən, nə də müğənni Gökselin komandasından heç bir kömək almayıb.
Gül müalicə prosesi zamanı konserti təşkil edən şirkətin vəkili, daha sonra isə Gökselin meneceri ilə əlaqə saxladığını, xəstəxana xərclərinin qarşılanacağına dair söz aldığını, lakin xərclər qarşılanmadıqdan sonra qanuni prosesə başladığını bildirib.
Zərərçəkən yaşadığı hadisəyə görə bir qulağında yüzdə 65 eşitmə itkisi olduğunu və xəstəxana xərclərini qarşılamaq üçün bu müddətdə avtomobilini satdığını deyib. Gül müğənni Gökselin komandasından təhdidlər aldığını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB