İlon Maskı sevgilisi məhkəməyə verdi

"Tesla" və "Space X"-in baş direktoru İlon Mask keçmiş sevgilisi, iki övladının anası müğənni Qrayms tərəfindən məhkəməyə verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, valideyn münasibətlərinin qurulması üçün ərizə sentyabrın 29-da Kaliforniya məhkəməsinə təqdim edilib.

Müraciət uşağın qanuni valideynlərinin nikahda olmadığı halda məhkəmə tərəfindən müəyyən edilməsinə yönəlib. Qraymsın hələ ki, aliment tələbi olmayıb.

Mask və Qrayms 2018-ci ildə görüşməyə başlayıblar. Bir neçə dəfə ayrılıblar və yenidən bir araya gəliblər.

Onların münasibəti 2021-ci ilə qədər davam edib. Müsahibələrin birində müğənni yaxşı münasibət saxlamağa davam etdiklərini və hələ də bir-birlərini sevdiklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə