Slovak opera müğənnisi Patritsiya Yaneçkova vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı ifaçı ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, ötən ilin əvvəlində Patritsiyaya xərçəng diaqnoz qoyulub. O, bir müddətdən sonra səhnədəki çıxışlarını dayandırıb. 2023-cü ildə aktyor Vlastimil Burdu ilə ailə həyatı qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə