"Cek Douson"un geyimi hərraca çıxarılır

Məşhur "Titanik" filmində Leonardo Di Kaprionun personajı "Cek Douson"un geyimi hərraca çıxarılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, gözlənilən məbləğ, ilkin hesablamalara görə, 100 mindən 200 min dollara qədər dəyişir.

Ceyms Kemeronun filmində Leonardonun geyindiyi ağ köynək, qara jilet və velvet şalvarda aktyorun adı, 1996-cı ilin avqustunun çəkiliş tarixi yazılmış etiketi var.

Bütün xəbərlər Facebook səhifəmizdə