Müğənni tanışlıq saytında qeydiyyatdan keçdi - FOTO

Türkiyəli məşhur müğənni Kalben maraqlı addım atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə həyat yoldaşından boşanan sənətçi tanışlıq saytında qeydiyyatdan keçib.

Uzun müddətdir heç kimlə sevgi münasibətində olmayan müğənni sayta öz fotolarını da yükləyib. Onun bu yolla özünə həyat yoldaşı axtardığı da iddia edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə