Ukraynalı müğənni Anna Asti (əsl adı Anna Dzyuba) Rusiya vətəndaşlığı alıb. SİA xəbər verir ki, bu barədə “Secular Chronicle” teleqram kanalı məlumat yayıb.
Dzyubanın Ukrayna vətəndaşlığından imtina edib-etmədiyi açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ildə rusiyalı teleaparıcı Kseniya Sobçakla müsahibəsi zamanı müğənni rusiyalı iş adamı Stanislav Yurkinlə evləndikdən sonra Rusiya vətəndaşlığını almağı təxirə salmaq qərarına gəldiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB