Cennifer Lopeslə əri arasında gərginlik yaşandı - FOTO

Cennifer Lopez və Ben Afflek maşında gərgin söhbət edərkən növbəti dəfə paparatsilərə yaxalanıblar. SİA xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. Jurnalistlər cütlüyü qızğın söhbət edərkən lentə alıb. Cennifer əvvəlcə ərinə baxsa da, sonra hirsli baxışla üzünü çevirib. Ulduzun əsəbi və gərgin olduğu diqqətdən yayınmayıb. Bu, birinci dəfə deyil ki, onlar mübahisə edərkən kameralara yaxalanırlar. Lakin yaxın bir mənbə “Page Six”ə bildirib ki, onların münasibətlərinin korlanması barədə yayılan xəbərlər əsassızdır. O, Benin sadəcə çox danışmağı və nitqini jestlərlə müşayiət etməyi xoşladığını, Cenniferin isə onu diqqətlə dinlədiyini söyləyib.

Bununla belə, bir çox internet istifadəçiləri bu barədə fərqli düşünür. Yeri gəlmişkən, bu yaxınlarda paparatsilər Beni Cennifer Qarnerlə də maşında söhbət edərkən lentə almışdılar. Həmin şəkillərdə keçmiş həyat yoldaşlarının qucaqlaşması gündəm yaratmışdı. İddia olunur ki, sözügedən görüntülər Lopezi özündən çıxarıb. Çünki "Daily Mail"ə görə, Afflekin uşaqlarının anası ilə münasibətlərini yaxşılaşdırmağa müğənni kömək edib.

Eyni zamanda, Benin hazırkı həyat yoldaşının yanında olan zaman depressiyaya düşmüş görünüşünü aktiv şəkildə müzakirə olunmağa davam edir. Afflekin "kədərli siması" hətta meme çevrilmişdi. Cennifer özü isə ailə həyatında hər şeyin qaydasında olduğunu dəfələrlə açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə