Türkiyəli aktyor Ancelina Coli ilə birlikdə baş rolda

Türkiyənin məşhur Emmi mükafatlı aktyoru Haluk Bilginer amerikalı aktrisa Ancelina Coli ilə birlikdə baş rolda filmə çəkiləcək. SİA xəbər verir ki, bu barədə "Habertürk" yazıb.

Onlar rejissor Pablo Larreynin çəkdiyi "Mariya" filmində baş rollarda oynayacaq.

"Mariya" yunan əsilli amerikalı sənətçi Mariya Kallasın həyatından bəhs edəcək. Filmdə Coli Kallasın özünü, Haluk Bilginer isə yunanıstanlı iş adamı Aristotel Onaszisi canlandıracaq.

Aristotel Onaszis öldürülən ABŞ Prezidenti Con Kennedinin həyat yoldaşı Ceki Kennedi ilə evlənmək üçün Mariya Kallasdan ayrılıb. Bundan sonra Kallas əvvəlcə İtaliyaya, sonra isə Fransaya köçüb. Kallas 1977-ci ildə 52 yaşında ürək tutmasından vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə