Bunların da “böyük texniki problemləri” elə bu günə qalıbmış..?
...Xatırlamış olarsınız, gərək ki, SİA bu barədə bir müddət əvvəl yazmışdı.
Beləliklə, dünənəcən rusiyalı komediya ustası kimi tanınan Maksim Qalkinin Qazaxıstanda təyin edilən bütün konsertləri ləğv edilib.
“Novaya qazeta Europe” xəbər verir ki, sənətçinin çıxış etməli olduğu Qazaxıstan məkanlarında, demə, böyük texniki problemlər varmış...və bu günlərdə üzə çıxıb.
Belə ki, sentyabrın 30-da Astanada “Qazaxıstan” mərkəzi konsert zalının rəhbərliyi su təchizatı sisteminin təmiri üzrə texniki işlərin aparıldığını, oktyabrın 1-də isə Almatıdakı Respublika Sarayında səhnənin sıradan çıxması barədə məlumatlar verilib.
Xatırladaq ki, Qalkin oktyabrın 8-də Astanada, oktyabrın 9-da Almatıda çıxış etməli idi.
Yeri gəlmişkən, Qalkin bir müddət bundan əvvəl onun Qazaxıstandakı konsertlərinə “dövlət səviyyəsində mane olunduğunu” bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə