Müğənni İqor Nikolaev çıxışlarına görə qonorarı qaldırıb

Bir müddət əvvəl ürəyindən əməliyyat olunan müğənni İqor Nikolaev artıq xəstəxanadan evə buraxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, musiqiçi ifaların sayını azaltmaq üçün sıx iş qrafikinə yenidən baxmağı qərara alıb.

Müğənni səhhətində yaranan problemə görə bu qərarı verib.

Deyilənlərə görə, İqor Nikolaev konsertlərinin qonoraraını ən azı bir milyon rubl artırmaq qərarına gəlib. Belə ki, oktyabrın 10-dan etibarən müğənni Moskvada konsert fəaliyyəti ilə bağlı yeni təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, sənətçi səhhətində yaranan problemlər nəticəsində noyabrın sonuna kimi planlaşdırdığı bütün çıxışlarını ləğv etməli olub. Bundan başqa, musiqiçinin ABŞ-da verməyi planlaşdırdığı konsertləri də ləğv edilib. Xatırladaq ki, 2023-cü il sentyabrın 15-də İqor Nikolaev səhhəti pisləşərək təcili xəstəxanaya yerləşdirilmişdi. Sənətçi koronar bypass əməliyyatı keçirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə