Məşhur ispaniyalı müğənni Şakiranı 14,5 milyon avroluq dələduzluqda ittiham ediblər. Bununla bağlı İspaniya prokurorluğu araşdırma aparacaq. SİA xəbər verir ki, məlumata görə, ulduz 2018-ci il üçün fərdi gəlir vergisi və kapital vergisi ilə bağlı 6 milyon avronu keçən qanun pozuntularında ittiham olunub.

Bundan əlavə, İspaniya hakimiyyəti Şakiranı 2012-2014-cü illər arasında 14.5 milyon avro vergidən yayınmaqda ittiham edir. Qeyd edək ki, müğənninin məhkəməsi 2024-cü il noyabrın 20-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə