Acundan yüzlərlə işçisinə sürpriz etdi - FOTOLAR

Bir neçə ay əvvəl verdiyi açıqlamasında işçilərin daha məhsuldar olması üçün iş saatının 10.30-da başlaması lazım olduğunu söyləyən Acun Ilıcalı 1100 işçisini Çeşmə və Alaçatıya tətilə aparıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, komandasını müşayiət edən Ilıcalı özü də tədbirlərə qatılıb.

Acun Ilıcalının təşkil etdiyi tətildə işçilər ailələri ilə birlikdə Alaçatıda qalıblar, daha sonra isə Ayayorgi körfəzindəki Mano Del Sol çimərliyində dincəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə