İtv-nin məşhur aparıcısı eşqini elan etdi - FOTO

Tək səni deyil, səndən sonra sənin fəslini - payızı, yağışı da sevdim. Səndən sonra doğum günlərimi də sevdim. Özümü insanlardan gizlətmədim, özümdən çəkinmədim, özümü sevdim. Tək səni deyil, səninlə birgə həyatı sevdim. SİA xəbər verir ki, bu sözləri İctimai kanalın məşhur aparıcısı Azər Süleymanlı sosial mediada həyat yoldaşı haqqında danışıb. Xanımını təbrik edək aparıcı ona olan sevgisini sosial media üzərindən elan edib.

"Nə yaxşı ki, səni sevdim, səni seçdim. Ürəyimdən əskik olman mümkün deyil. Evimdən də, ömrümdən də əskik olma, xahiş edirəm. Doğum günün mübarək!", - həyat yoldaşı ilə paylaşdığı fotoya Azər Süleymanlı qeyd edib.

Qeyd edək ki, cütlüyün 7 yaşlı bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə