"Mucize Doktor" serialındakı rolu ilə geniş izləyici kütləsi qazanan gənc aktyor Taner Ölmez ikinci dəfə ata olacaq. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, evliliklərini ictimaiyyətdən uzaq yaşayan cütlüyün ikinci körpəsinin cinsiyyəti hələ müəyyən edilməsə də, Ölmez və Çeşmioğlundan hələlik bir açıqlama gəlməyib. Qeyd edək ki, Taner Ölmez hazırda Ampute Futbol Milli Komandasının ulduzu Barış Tellinin həyat hekayəsindən bəhs edən "Hayatla Barış” filmində rol alır.
Xatırladaq ki, cütlüyün 2022-ci ildə Zeynəb adlı qızları dünyaya gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə