“Qəbrə ayaq basmayan keçmiş qayınatam var” - ŞAKİRA

Xarici müğənni Şakira ona xəyanət edən sevgilisi, futbolçu Jerar Pikedən boşanmasının təfərrüatlarını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə 46 yaşlı müğənni Pikenin xəyanətindən ona danışan övladlarının dayəsi Lilli Melqarı klipinə çəkib.

Bu yaxınlarda Şakira Meksikanın "Fuerza Regida" qrupu ilə birlikdə ərsəyə gətirdiyi "El Jefe" adlı sinqlı təqdim edib.

“Deyirlər ki, bu, yüz ildən çoxdur ki, davam edir, amma hələ də qəbrə ayaq basmayan keçmiş qayınatam var” deyə mahnıda qeyd edilib. Beləliklə, müğənni Jerar Pikenin atası Joan Pikeni xatırlatmaq qərarına gəlib.

"El Jefe"də də sənətçi münasibəti ilə əlaqəli başqa bir şəxsi xatırlayıb. Sosial şəbəkələr dərhal Lilli Melqarın kim olduğunu müzakirə etməyə başlayıb. Məlum olub ki, bu, müğənninin oğulları Milan və Saşanın dayəsidir.

Şakira və Pikenin ayrılmasına səbəb futbolçunun daimi xəyanətləri olub. O, qastrol səfərində olanda Pike qızları onların ümumi evlərinə gətirib. Bu haqda isə Melqar məlumatlı olub. Qadın hər şeyi Şakiraya bildirib və Pike dayəni işdən çıxarıb. Ona təzminat verməyəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə