Xoşqədəm aparıcılığını bu kanalda davam etdirəcək

Aparıcı Xoşqədəm Hidayətqızı efirə qayıdacağı günü açıqlayıb. SİA xəbər verir ki, yay tətilinə yollanan aparıcı sentyabrın 25-dən yenidən tamaşaçıların qarşısına çıxacağını bildirib. Proqramın ilk efir günü maraqlı hadisələrin yaşanacağı bildirilib.

Hidayətqızı "Səni axtarıram" proqramının yeni mövsümdə də ARB kanalında yayımlanacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə