Məşhur müğənni Bengünün həyat yoldaşı Səlim Səlimoğlundan boşanmaq üzrə olduğu iddia olunub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Ankarada konsert proqramı ilə çıxış edən sənətçi "Ağla Kalbim" adlı mahnısını ifa edərkən göz yaşlarına hakim ola bilməyib. İzləyicilərin mahnını onunla bərabər səsləndirməsi ulduzu duyğulandırıb. Məlum olub ki, Bengü ilə həyat yoldaşının münasibətləri korlanıb. Səlim Səlimoğlu hətta Bengünü instaqramda izləməkdən çıxarıb.
Qeyd edək ki, 2018-ci ildə ailə quran cütlüyün 2 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə