Leonardo Di Kaprionun sevgilisi geyiminə görə tənqid olundu - FOTO
Hollivud ulduzu Leonardo Di Kaprionun 25 yaşlı sevgilisi geyimi ilə müzakirələrə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Vittoriya Çeretti qatıldığı tədbirlərdən birinə transparan kofta geyinib. O, büstqalterdən istifadə etməyib. Çeretti qırmızı xalça üzərinə çıxaraq obyektivlərə poza da verib.
Modelin sinəsini nümayiş etdirməsi isə tənqid olunub. Onun ünvanına "O, Leo ilə yox, Kanye ilə görüşməlidir", "Mona Liza bu tip modellərdən daha zövqlüdür" kimi şərhlər yazılıb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə