Rusiyalı müğənni Lübov Uspenskayanın sentyabrın 28-də İrəvanda keçirilməsi gözlənilən konserti təxirə salınıb. SİA xəbər verir ki, o bu barədə instaqramda bildirib. “Ermənistan paytaxtında bütün əyləncəli tədbirlərin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bu orada olacaq bütün konsertlərə aiddir. Yeni tarix tezliklə açıqlanacaq, hələlik təyin olunmayıb”, - “Abzats” nəşri Uspenskayanın konsert direktorunun sözlərini sitat gətirir.
Xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin qərarı ilə amerikalı reper Snup Doqun sentyabrın 23-də İrəvanda baş tutmalı olan konserti təxirə salınmışdı.
Qeyd edək ki, L. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir.
Bütün xəbərlər Facebook səhifəmizdə