Ruslana türk millətinə təşəkkür edib - FOTO

Ukraynanın ilk "Eurovision" qalibi olan müğənni Ruslana müharibə zamanı ölkəsinə göstərdiyi dəstəyə görə türk millətinə təşəkkür edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda keçirilən konsertdə iştirak edən Ruslana səhnəyə çıxaraq, müharibədə Türkiyənin onlara göstərdiyi dəstəkdən çox xoşbəxt olduğunu ifadə edib.

Müğənni bildirib ki, müharibə zamanı Türkiyədən gələn pilotsuz uçuş aparatları Ukrayna xalqına güc verib.

"Dəhşətli günü xatırlayıram. Səhər saat 05.00 radələrində raketlər evimizin üstündən keçməyə başladı. Qaçmağa yer yox idi, ətraf alov içində idi. Biz qərar verdik. Sığınmayacağıq, müqavimət göstərəcəyik. Raketlərə, tanklara, atəşə qarşı durduq. Bu insanlara köhnə sistemlərimizlə müqavimət göstərirdik. Tanklara rəğmən dik durduq. Evimizi qoruduq, dedik, heç yerə getməyəcəyik, bu torpaq bizimdir. İndi qarşınızda dik dururam, çünki Bayraktarı səmada gördük. Bizə sadəcə Bayraktar vermədiniz. Bizə güc qatdınız. Bu çox dərin bir hissdir. Türk milləti üçün ömrümün sonuna qədər mübarizə aparacağam.

Haluk Bayraktar və Selçuk Bayraktar, mən bu gün İstanbuldayam və demək istərdim ki, sizin həqiqətən böyük bir fanatınız oldum. Bütün ukraynalıların əsl gücü var. Biz buna göydən enən mələk deyirik. Bayraktarlardan danışıram. Həyatımızı qurtardığınız üçün təşəkkür edirəm. Sizi sevirik" , - sənətçi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə