“Siz də sevinin”: Kirkorov artıq tək deyil...

...Bu yaxınlarda liposaksiya və plastik əməliyyat keçirərək imicini kökündən dəyişən Filip Kirkorov həyatındakı yeni ciddi dəyişikliklərdən danışıb.

Müğənninin sözlərinə görə, o, artıq tək deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli nəşrə danışan sənətçi həyatında “evə qaçmaq” istədiyi bir adamın peyda olduğunu bildirib.

“Mən sevirəm və sevilirəm. Ad çəkmək istəməsəm də, şəxsidir... Amma mən hal-hazırda xoşbəxtəm” sözlərini paylaşan ifaçı “nəhayət sevgi və xoşbəxtlikdən həzz aldığını” əlavə edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Kirkorov, “onu səhnəyə gətirən” keçmiş həyat yoldaşı Alla Puqaçovanın xaricdə az qala necə öldüyü barədə danışmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə