Qızının “səhnədə işləməsindən” qorxduğunu dilə gətirən rusiyalı müğənni Larisa Dolina, lakin 11 yaşlı nəvəsinin ulduz nənəsinin yolunu getməyə hazır olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “News24” xəbər verir.
Qeyd edək ki, Rusiya telekanallarında yayımlanan “Komanda” proqramında iştirakçı olan Larisa Dolina, nəvəsinin artıq “İki ulduz. Atalar və oğullar” verilişində vokal qabiliyyətini nümayiş etdirdiyini və indi nənəsi onu “Səs”də (“Qolose”) göstərməyi planlaşdırdığını bildirib.
Yeri g’lmişkən, Dolina nəvəsinin səhnədə inamlı hiss etməsi üçün öyrətmək və üç ildən sonra onu “Birinci Kanal”ın şousuna göndərmək istəyir.
Ulduz nənə, verilişdə uşağın mənəvi durumunun valideynlərin əməyindən asılı olduğunu bildirib.
Larisaya görə, valideynlər uşağa təzyiq göstərməməli və ondan birinci yeri tələb etməməlidirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə