Snup Doqun İrəvandakı konserti təxirə salındı

Tanınmış amerikalı repçi Snup Doqun İrəvanda Ermənistanın Müstəqillik Günü münasibətilə sentyabrın 23-də baş tutmalı olan konserti son hadisələr fonunda təxirə salınıb. SİA “Caliber”ə istinadən xəbər verir ki, bu vəziyyətdə yalnız amerikalı hip-hop ifaçısı qazanıb – pulunu alacaq, çıxış etmək isə lazım olmayacaq. Erməni KİV hökumətin konsertin təşkili üçün 6 milyon dollar xərclədiyini bildirir.

Xatırladaq ki, bir müddət əvvəl S.Doq instaqram paylaşımında Azərbaycanın Qarabağ ərazisini Ermənistan ərazisi kimi təqdim etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə